2 iyul 2010
Televiziya kanallarında reklam kompaniyasına start verilir. 30 saniyəlik iki variantda hazırlanmış video rolik ATV və XƏZƏT TV kanallarında yayımlanacaq.
25 iyun 2010
Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin ibtidai sinif şagirdləri (I-IV) bir qrup müəllimlərlə bizim zavoda ekskursiyaya gəldilər.
Ekskursiyanın təşkil olunmasında əsas məqsəd şagirdlərin müasir zavodların iş prinsipi, məhsul istehsalı və onun hazırlanma texnologiyasıyla yaxından tanış olmaq idi.
Ekskursiya zamanı zavod əməkdaşlarımız şagirdlərə müxtəlif çeşidli dondurmaların hazırlanma texnologiyası və istehsalı ilə bağlı maraqlı məlumatlar verdilər. Şagirdlər zavod avadanlıqlarının iş prinsipi, məhsulların hazırlanma texnologiyası, qablaşdırılması və istehsalı ilə əlaqədar mövcud olan bütün prosesləri müşahidə etdilər. Ekskursiya şagirdlərin dünyagörüşünün daha da artmasına səbəb oldu.
1 iyun 2010
Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə paytaxtımızın mərkəzindəki “Sahil bağı”nda “Uşaqlar bizim gələcəyimizdir” mövzusunda tədbir və xeyriyyə aksiyası keçirilib.
Bayramsayağı bəzədilmiş “Sahil bağı”nda uşaqların şənlənməsi və əylənməsi üçün lazımi şərait yaradılıb, əvvəlcədən şən musiqilər səsləndirilərək parkda dincələn və ətraf ərazilərdə yaşayan uşaqlar, onların valideynləri tədbirə cəlb edilib. Həmçinin tədbirə Səbail rayonunun aztəminatlı ailələrindən, Qarabağ müharibəsi veteranlarının və əlillərinin ailələrindən olan uşaqlar da dəvət olunublar.
Səbail rayon İcra Hakimiyyəti və “Camal LTD” Şirkətinin birgə təşkilatçılığı ilə keçirilən tədbiri açıq elan edən rayon İcra Hakimiyyəti və şirkətin rəsmiləri bu tədbirdə iştirak edən bütün uşaqları və onların valideynlərini 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə təbrik etmiş, onlara can sağlığı, xöşbəxt həyat və səadət arzulamışlar. Bildirilib ki, bu günün bayram kimi qeyd olunması 1950-ci il iyunun 1-də BMT Baş Assambleyası tərəfindən qərar alınıb. Hazırda Azərbaycanda əhalinin 29 %-ni 18 yaşınadək uşaqlar təşkil edir. Uşaqlar dövlət tərəfindən hərtərəfli diqqət və qayğı ilə əhatə olunmuşlar. Həmçinin Qarabağ münaqişəsi zamanı öz doğma yurd-yuvalarından didərgin düşmüş ailələrdə xeyli uşaqlar vardır ki, onların da bir çoxu artıq doğma yerlərdən kənarda anadan olmuşlar. Hər il ölkəmizdə yüzlərlə məktəb və məktəbəqədər təhsil müəssisəsi tikilir və ya əsaslı təmir olunur ki, bu da dövlətin gələcək nəslə olan diqqətinin bir təzahürüdür.
Tədbirdə Səbail rayonunun uşaq musiqi və orta məktəblərinin şagirdlərinin, tanınmış musiqiçilərin ifasında konsert proqramı, şən rəqslərlə yanaşı həm də təşkilatçı “Camal LTD” şirkətinin rəsmi nümayəndəsi olduğu “İceland” ticarət markalı dondurmaların, şarların və s. hədiyyələrin uşaqlara paylanması olub. Şirkət nümayəndələri, şirkətin talismanı olan şən ağ ayı balası və digər geyimlərdə olan aktyorlar parkdakı uşaqlara unikal reseplər əsasında hazırlanmış “Bakılı qız”, “Malik”, “Oskar”, “Bravo”, “Delissimo” brendli dondurmalar paylamaqla yanaşı, maraqlı yarışmalar, rəqs və mahnı müsabiqələri keçirmişlər. Müsabiqələrdə qalib gələn uşaqlara hədiyyələr təqdim olunub.
2 aprel 2010
Dondurma markası «iceland» ilin məhsulu «Brand Award Azərbaycan 2009" mükəfatı ilə təltif olunmuşdur. Mükafatlandırma "Xəzər İnteqrasiya İşgüzar Klubu" tərəfindən Buta Palace sarayında təşkil olunmuşdur.
6-9 oktyabr 2009
Şirkət Heydər Əliyev adına İdman və Sərgi Kompleksində keçirilən «Caspian Agro-2009" sərgisində iştirak etmişdir.
Sərgidə kənd təsərrüfatı məhsulları, istehsal sahəsində məhsulun emalı və ərzaq məhsullarının qablaşdırılması,
sahəsində yeniliklər təqdim olunmuşdur. Sərgidə İxracın və İnvestisiyaların Təşviqi Azərbaycan Fondu (AZPROMO),
Azərbaycan İnvestisiya Şirkəti (AİŞ), Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi, Aqrolizinq ASC, Azərbaycanda
Mikromaliyyə Assosiasiyası (AMA) və başqaları öz təqdimatlarını təqdim etdilər. Sərgidə xarici ölkələr və
şirkətlər, o cümlədən də, Litva Ticarət Evi, müxtəlif çeşiddə istehsal olunan süd və digər ərzaq məhsullarını
nümayiş etdilər. «Caspian Aqrar-2009" sərginin təşkilatçıları Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi,
Ticarət və Sənaye Palatası və AZPROMO idi.
20 iyul 2009
Şirkət xeyriyyəçilik aksiyalarında müntəzəm iştirakına görə “Qafqaz mediya” ictimai birliyi tərəfindən diplomla təltif edildi.
01 iyul 2009
İCELAND ticarət markası – “Brand Award Azerbaijan” müsabiqəsinin iştirakçısı. Qeyd olunun və Bizə səs verin!
07 iyun 2009
Şirkət Mərdəkan qəsəbəsində yerləşən “Atçılıq Klubu” idman kompleksində TUSİAB Qadın Birliyinin keçirdiyi “Çərpələng uçurtma şənliyinə” sponsor dəstəyi göstərib.
01 iyun 2009
Uşaqlar günü münasibəti ilə Xətai rayonu Heydər Əliyev adına parkında şirkət xeyriyyə aksiyası keçirib.
24 dekabr 2008
«10 il Sizinlə» adı altında Yubiley Konfransı Bakı Əyləncə Mərkəzində keçirildi. Konfrans çərçivəsində şirkətin dillerləri “Etibarlı, stabil və uzunmüddətli faydalı əməkdaşlıq” nominasiyasında diplom ilə təltif olundular. Konfransın rəsmi hissəsindən sonra qonaqları ziyafət məclisi, şou proqram və boulinqə dəvət gözləyirdi.