ru
XƏBƏRLƏR
01 Iyul
2016

İstehsal zamanı istifadə olunan qatqıların tərkibi barədə

Son zamanlar Alıcıarı marağlandıran suallardan biri də Dondurma istehsalı zamanı istifadə olunan emulqator və stabilizatorların tərkibi və hazırlanmasında istifadə olunan maddələrdir. Bu sahədə informasiya azlığı müşahidə olunduğundan “Camal Ltd” şirkəti istifadə etdiyi xammal barədə ətraflı məlumat verməyə hər zaman hazırdır və istifadə etdiyi qatqıların istehsalçısı olan “DuPont Nutrition Biosciences”şirkəti tərəfindən məhsul barədə istehsalçının rəsmi məktubunu sizlərə təgdim edir. Həmin məktubda, “DuPont Nutrition Biosciences” stabilizasiya sistemlərinin istehsalında heyvan mənşəlli qatqılardan və spirtdən istifadə olunmadığını bildirir. (istifadə olunan maddələr: kamedi, kraxmal, jelatin, süd məsulu, dekstroza, düyü unu).“DuPont Nutrition Biosciences” şirkətinin istehsalı olan məhsulları “Halal Food Council of Europe” tərəfindən (HALAL) Sertifikatna malikdir.


19 Mar
2016

Novruz bayramınız mübarək!

"Camal LTD" şirkəti Sizi Novruz bayramı münasibəti ilə təbrik edir, bu ənənəvi bayramı hər il sevinclə qarşılamağınızı arzulayırıq.


19 Mar
2015

Novruz Bayramınız Mübarək!

NOVRUZ BAYRAMI münasibətilə bütün xalqımızı təbrik edirik! Bütün iləriniz uğurlu olsun! "Camal LTD" şirkəti.


01 Avg
2014

Başın sağ olsun Vətən!

Vətən torpağını erməni işğalçılarının hücumundan müdafiə edərkən yaxın bir neçə gündə şəhid olmuş və sayını dəqiq bilmədiyimiz bütün qardaşlarımıza Allah rəhmət etsin. Onların ailələrinə səbr diləyirik.


25 Iyul
2014

“Azərbaycan” qəzetinin “Camal LTD” haqqında məqaləsi.

Yaşadığımız ölkənin Vətənimizin adını daşıyan “Azərbaycan” qəzeti şirkətimiz “Camal LTD” haqqında özünəməxsus şəkildə məqalə tərtib etmişdir. Burada “Camal LTD” şirkətinin inkişafından, məhsullarının keyfiyyətindən və istehlak bazarında xüsusi yeri olmasından bəhs edilib. Bu da “Camal LTD” şirkətinin qürur hissi ilə gələcəyə olan inamın artmasına əminlik yaradır.http://www.azerbaijan-news.az/files/e512b00830435603df9af1dc24e9500d.pdf

27 Iyun
2014

Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Binəqədi Sahibkarları” İctimai Birliyi tərəfindən sərgi.

Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Binəqədi Sahibkarları” İctimai Birliyi tərəfindən rayon ərazisində fəaliyyət göstərən müəssisələrdə istehsal olunan müxtəlif təyinatlı məhsulların sərgisi keçirildi. “CAMAL   LTD” şirkətinin “İceland” ticarət nişanı adı ilə tanınan məhsullarıda bu sərgidə nümayişə çıxarılmışdır.  


25 Iyun
2014

26 İyun – Silahlı Qüvvələr Günü.

Silahlı Qüvvələr Gününün tarixləşməsi ümummilli liderimizin adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyevin 1998-ci il mayın 22-də imzaladığı Fərmana əsasən, 26 İyun – Silahlı Qüvvələr Günü Azərbaycanda ümumxalq bayramı kimi qeyd edilir. “CAMAL   LTD” şirkətinin heyəti adından Azərbaycan xalqını 26 iyun silahlı qüvvələr günü münasibətilə təbrik edir, xalqımıza sülh, əmin-amanlıq, firavan və xoşbəxt gələcək naminə əbədi birlik arzulayırıq!  Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə yeni uğurlar arzulayırı!


20 Iyun
2014

“İceland” dondurma zavoduna uşaqların gəzinti səfəri.

Zərifə Əliyeva adına uşaq bağçasının “İceland” dondurma zavoduna növbəti dəfə gəzinti səfəri olmuşdur. Uşaqlar dondurma istehsalı prossesi ilə yaxından maraqlanaraq diqqət göstərmişlər. Sonda uşaqlara dondurma hədiyyələri edilmişdir.


12 Iyun
2014

Azad İstehlakçılar Birliyinin (AİB) yeni təşəbbüsü.

Azad İstehlakçılar Birliyi (AİB) Azərbaycanda istehsal olunan ərzaq mallarına Azərbaycan İstehlakçılarının Qida Təhlükəsizliyi Nişanı (AİQTN) təqdim etməyə  başlamışdır. “Camal” LTD şirkəti “İceland” dondurmaları istehsalı müəssisəsi “Qızıl” səviyyəli nişana layiq görülmüşdür. Şrkətimizin əməkdaşları Beynəlxalq Mətbuat Mərkəzində keçirilən təqdimetmə mərasimində iştirak etmişdir.  İstehsal edilmiş “İceland” nişanlı dondurmaları (85 çeşiddə) HACCP sisteminin tələblərinə əsasən qiymətləndirilmiş və Azərbaycan istehlakçıları üçün Qida Təhlükəsizliyi Nişanı (AİQTN)-nin “Qızıl Nişan” dərəcəsinin tələblərinə tam uyğunluğu təsdiqlənmişdir. Birlik sədri Eyyub Hüseynov bildirib ki, bu nişanı almış mallar dünyanın 150 ölkəsində, o cümlədən Azərbaycan istehlakçıları arasında təbliğ olunacaq. AİB-in yeni təşəbbüsü biznes qurumları, dövlət orqanları, bütün istehlakçılar tərəfindən dəstəklənir. AİQTN  malların etiketində əks olunur. AİQTN-ə layiq görülmüş müəssisələrin daha uğurlu biznes nəticələrinə nail olacağı gözlənilir.


04 Iyun
2014

Camal LTD” şirkəti UĞUR 2013 mükafatına layiq görülüb

Camal  LTD” şirkəti “İceland” ticarət nişanı altında tanınan Azərbaycanda qida məhsullarının istehsalında beynəlxalq standartların tətbiqinə görə “Uğur 2013” milli mükafatı ilə təltif olunmuşdur. “İceland” Azərbaycanın ən böyük dondurma istehsalçılarından biri kimi bu sahədə beynəlxalq İSO 22000-2005 Qida Məhsullarının Təhlükəsizliyi Menecment Sistemini tətbiq edən yeganə istehsalçıdır. Bu barədə “Consulting&Business” işgüzar informasiya-analitik dərgisi ətraflı məlumat nəşr etmişdir.  Uğurlarımız bol olsun!


31 May
2014

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü

“İceland” dondurmaları markası kimi tanınan “Camal LTD”, Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi və “Dəcəl Balam MMC” nin təşkilatçılığı ilə “1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi” günü münasibəti ilə “İceland sevinci” adlı konsert proqramı təşkil edib. Şou proqramlı, musiqili, əyləncəli uşaq şənliyini təşkil edən “İceland” ın məqsədi uşaqları sevindirmək və onlara xüsusi qayğı göstərməkdir. Aparıcı Sevinc Xan Qızının təqdimatı ilə başlayan konsert müddətində keçirilən müxtəlif viktorinalar, kloun, müğənni, sehirbaz, hədiyyələr, personajlar, gitarist, şar şou və s. maraqla qarşılanıb. Sonda tədbir iştirakçılarına müxtəlif hədiyyələr və “İceland” dondurmaları paylanılıb. Qeyd edək ki, “İceland” ticarət markası kimi tanınan, “Camal LTD” 1998- ci ildən alıcılar arasında böyük rəğbət qazanan və böyük tələbat duyulan məhsullar istehsal edir. 2009 – 2010 – cu illərdə İlin 1 nömrəli şirkəti olaraq “Brend award”, 2013-cü ildə isə Day.az şirkətinin “xalq seçimi” mükafatının sahibi olub. Müəssisədə 2013- cü ildən İSO 22000-2005 standartlarının tələbatına əsasən qida məhsullarının təhlükəsizliyi menecment sistemi tətbiq edilib.


01 Apr
2014

Yeni avadanlıq

İceland dondurma zavoduna yeni 2014-cü il istehsalı olan italiyan avadanlığı quraşdırılmışdır. LAİEF eskimogenerator-bu avadanlığın müxtəlif növ eskimo dondurmaları istehsal etmək imkanı var.


03 Okt
2013

Müsabiqənin nəticələri

Müsabiqənin qaliblərinə hədiyyələr təqdim edildi. Müsabiqənin qalibləri: 1-ci yer Ayan Bədəlova 2-ci yer Əli Qasımlı 3-cü yer Afaq Babirova, Nəcəfova Sehri, Rəcəb Feyzullayev, Elnur Babayev


25 Iyun
2013

ICELAND dondurma zavoduna ekskursiya

Zərifə Əliyeva adina uşaq bağçasından uşaqların İCELAND dondurma zavodunda gəzinti səfəri. Keçirilən bu maraqlı gəzintidə, uşaqlara laboratoriya və dondurma istehsalı prossesi göstərildi. Sonda isə, İCELAND-ın simvolu olan *ağ ayı*, uşaqlara dondurmalar hədiyyə etdi.         


30 Iyun
2012

“Bakcell” şirkətinin “Camal LTD” şirkəti ilə birgə aksiyası.

Bir müddətdir şəhərin müxtəlif yerlərində üzərində "Bakcell" şirkətinin loqosu və adı olan dondurmalara rast gəlinir. Bu məsələ ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Hətta "Bakcell"in dondurma istehsalına başladığını iddia edənlər də var. Bu dondurmalar Bakcell şirkətin həyata keçirdiyi xüsusi kampaniyanın tərkib hissəsidir. Belə ki, Bakcell şirkəti Camal LTD şirkəti ilə birgə Bakıda və regionlarda gəncələrə yönəlik aksiya keçirir və kampaniya çərçivəsində yay fəsli ilə əlaqədar əhaliyə pulsuz dondurma paylanılır. Əyləncəli aksiyalar "121" reklam şirkəti tərəfindən həyata keçirilir.

01 Iyun
2012

Uşaqların Beynəlxalq Müdafiə günü!

1 iyun tarixində planetimiz öz gələcəyinin bayramını – uşaqların bayramını qeyd edir! Hər bir uşağın bayrama, cəmiyyətimizin xüsusi qayğısına və yardımına haqqı var! Lakin elə uşaqlar da var ki, onların fiziki və əqli vəziyyəti onlara yüksək diqqət yetirilməsini tələb edir. Bu, müxtəlif əlillik dərəcələri olan sağlamlıq imkanları məhdud uşaqlardır. “Camal Ltd” şirkətinin rəhbərliyi həmişəki kimi bu gün uşaq evlərində və internat evlərində yaşayan məhdud imkanlı uşaqlara vaxt ayırmağa və onlara baş çəkməyə qərar verdi. Biz uşaqlarla ünsiyyətdə olduq və onlara sevdikləri dondurmadan bolluca hədiyyə etdik. Hər tərəfdə gülüş səsi eşidilir və uşaqların üzündən xoşbəxtlik yağırdı. Çox gözəl və səmimi abu-hava yaranmışdı, uşaqların sevincinin həddi-hüdüdu yox idi. Onların fərəh və minnətdarlıq hissi heç kəsi biganə qoymurdu. Bu çox qeyri-adi bir gün idi. Biz uşaqlara şənlik bəxş etmişdik, uşaqlar isə bizə qürur və sevinc hissi bəxş etdilər. Bu balacaların ürəyində nə qədər böyük güc və sevgi var idi. Onların fiziki imkanları məhdud olsa da, mənəvi aləmləri çox zəngin idi. Gəlin uşaqlarımızın qayğısına yalnız 1 iyun - uşaqların beynəlxalq müdafiəsi günündə deyil, hər gün qalaq, onların bizə ehtiyacı olduğunu heç unutmayaq! Axı uşaqlıq ömürdə yalnız bircə dəfə yaşanır!

16 Mar
2011

Bakıda “İlin Brendi №1” nominasiyasında Azərbaycanda internet səsverməsində qalib gəlmiş şirkətlərin “Brand Award Azerbaijan 2010” milli mükafatının üçüncü təqdim etmə mərasimi baş tutmuşdur.

Bakıda “İlin Brendi №1” nominasiyasında Azərbaycanda internet səsverməsində qalib gəlmiş şirkətlərin “Brand Award Azerbaijan 2010” milli mükafatının üçüncü təqdim etmə mərasimi baş tutmuşdur. “Brand Award Azerbaijan 2010” mükafatının “İlin ən yaxşı məhsulu” nominasiyasında “İceland” ticarət nişanı qalib olmuşdur

09 Okt
2009

“Camal Ltd” Heydər Əliyev adına İdman-sərgi kompleksində həyata keçirilən “Caspian Agro-2009” sərgisində iştirak etmişdir.

Sərgidə kənd təsərrüfatı məhsulları, ərzaq məhsullarının istehsalı, emalı və qablaşdırılması sahəsində ən yeni texniki nailiyyətlər təqdim edilmişdi. Azərbaycan İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo), Azərbaycan İnvestisiya Şirkəti (AİŞ), Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, “Aqrolizinq” ASC, Azərbaycan Mikromaliyyələşdirmə Assosiasiyası və s. öz təqdimatları ilə çıxış etmişlər. Sərgidə xarici ölkələrin nümayəndələri və xarici şirkətlər, o cümlədən Litva istehsalı olan müxtəlif süd və ərzaq məhsulları çeşidini nümayiş etdirən Litvanın Ticarət Evi də iştirak etmişlər. “Caspian Agro-2009” sərgisi Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Ticarət və Sənaye Palatası və Azpromo şirkəti tərəfindən təşkil edilmişdi.