ru
Haqqımızda

Əsas hədəfimiz xalqımızı yüksək keyfiyyətli beynəlxalq standartlara cavab verən dondurma məhsulları ilə təmin etmək və Azərbaycan məhsulu olaraq “İceland” ticarət nişanlı dondurmaları dünya bazarına tanıtmaqdır.

1998-ci ildə yaradılan “Camal” LTD şirkətinin əsas istiqaməti “İceland” ticarət nişanı altında dondurmanın istehsalı və satışıdır. “İceland” ticarət nişanlı dondurmaları Azərbaycan milli standartlaşma normativ sənədlərin bütün tələblərinə cavab verir və AZS 228-2006 standarta uyğun istehsal edilir. 2007-ci ildən istehsal sahəsində məhsulların sınağının həyata keçirilməsi üçün kimyəvi - mikrobioloji laboratoriya yaradılaraq AZS İSO/İEC 17025:2009 standartına uyğun akkreditasiya olunmuşdur. 2013-cü ildən müəssisədə “İSO 22000-2005” beynəlxalq standartların tələblərinə əsasən qida məhsullarının təhlükəsizliyi menecment sistemi tətbiq olunur.
Uğurlarımız: 2009-2010-cu illərdə “İceland” ticarət nişanı “Brand Award Azerbaijan 2009”, “Brand Award Azerbaijan 2010” milli mükafatları ilə təltif olunmuşdur . Şirkətimiz qida məhsullarının təhlükəsizliyi menecment sisteminin tətbiqinə görə ”UĞUR 2013” və dondurma istehsalı sahəsində dinamik inkişafına görə “UĞUR 2017” milli mükafatlarına layiq görülmüşdür. 2015-ci ildə “İceland” ticarət nişanlı dondurma məhsulları “Azərbaycan İstehlakçılarının Qida Təhlükəsizliyi Nişanı”(AİQTN) proqramının tələblərinə uyğun olduğuna görə “QIZIL” səviyyəli Qida Təhlükəsizliyi və 2017-ci ildə PLATİN” səviyyəli Qida Təhlükəsizliyi Nişanları ilə təltif olunmuşdur.
“Camal” LTD şirkəti ”NESTLE”, ”MÖVENPİCK”, ”OREO”, ”ALPENGOLD” (İsveçrə),   ”MARS”,   ”BONDUELLE”  (Fransa),  ”TALOSTO” (Rusiya), ”POLTİNO” (Polşa), ”MACCAİN” (Kanada) kimi dünya ticarət nişanlarının Azərbaycan Respublikası ərazisində rəsmi distribütorudur.